Ətir və plastikin tərkibində olan maddələr qadınlarda şəkərli diabet riskini artırır

Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, plastikdə olan endokrin sistemi pozan kimyəvi maddələr qadınlarda diabetin inkişafına kömək edə bilər.

İctimai.az xəbər verir ki, bu barədə tədqiqat Journal of Clinical Endocrinology & Metabolism jurnalında dərc olunub.

Ftalatlar kosmetika, ətriyyat və oyuncaqlarda geniş istifadə olunan kimyəvi maddələrdir. Ftalatlara məruz qalmanın daha əvvəl məhsuldarlığın azalması və endokrin xəstəliklərlə əlaqəli olduğu sübut edilmişdir.

Tədqiqatçılar altı il ərzində 1308 qadını izləyiblər. Müayinə zamanı qadınların 5%-də şəkərli diabet diaqnozu qoyulub. Bədəndəki ftalatların səviyyəsi sidik analizi ilə qiymətləndirildi.

Bəzi ftalatların yüksək səviyyələrinə məruz qalan ağ dərili qadınların diabet inkişaf ehtimalı 30-63% daha yüksək idi.

Qaradərililərdə və Asiyalı qadınlarda şəkərli diabet riski ftalatlar səviyyəsindən asılı deyildi.

Alimlər qeyd ediblər ki, insanlar gündəlik olaraq ftalatlara məruz qalır, ona görə də onların insan sağlamlığına vurduğu zərərin qiymətləndirilməsi vacibdir.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər