Etiraza səbəb olan video silinibbackend

Etiraza səbəb olan tik tok videosu silinib.  

İctimai.az xəbər verir ki, bu barədə Orxan Əliyev “Facebook” səhifəsində açıqlama verib.

Bildiyiniz kimi ötən günlərdə mən bir tik tok videosuna cavab olaraq bir etiraz videosu hazırlayıb paylaşdım. Düşünürəm ki, mən bunu etməklə heç kimin şəxsiyyətinə toxunacaq heç bir söz də deməmişəm. Əksinə olaraq haqlı şəkildə tək özümün yox bir çox əlilli olan şəxslərin, onların valideyinlərinin haqllarını qorumuşam. Bu da mənim ilk öncə insanlıq borcum idi.

Bu çətin günlərdə mənə dəstəy olan həmkarlarıma, dostlarıma, bir sözlə hər kəsə öz təşəkkürümü bildirirəm. Belə bir söz var. İnsan çətin gündə dostunu və düşmənini daha yaxşı tanıyır. Bax mən də bu günlərdə bunun əyani şahidi oldum. Yenə də hər kəsə öz təşəkkürümü bildirirəm.

Gənc aktyor, tik toker Anar Orucova isə ayrıca təşəkkürümü bildirirəm ki, bizim etirazımızı, fikirlərimizi düzgün və ciddi başa düşüb videonu sildi. Ümid edirəm ki, bu günlərdə baş verənlər digər tik tok çəkənlərə bir siqnal mesajı olar. Gələcəkdə hər hansısa bir mövzuya toxunarkən də kifayət qədər diqqətli olarlar. Hər kəsə xoş günlər arzusu ilə…