“Eurovision” İsrailin müsabiqədən kənarlaşdırılması tələblərinə cavab veribbackend

Eurovision Mahnı Müsabiqəsinin təşkilatçıları fəalların İsrailin musiqi yarışmasında iştirakdan kənarlaşdırılması tələblərinə cavab veriblər. Bu barədə TASS Avropa Yayım Birliyinin (EBU) şərhinə istinadən xəbər verir.

EBU İsrailin Kan yayım şirkəti ilə uzunmüddətli əməkdaşlıq tarixinə diqqət çəkib.

“Bu, hökumətlər üçün deyil, yayımçılar üçün bir yarışmadır və İsrail yayımçısı 50 ildir ki, yarışmada iştirak edir”, – EBU bildirib.

Mənbə: TASS