“Evdar Kişilər Klubu” Neftçala sakinlərinə 20 ton içməli su GÖNDƏRDİbackend

Pandemiya dövründə Facebook sosial şəbəkəsinə yaradılmış “Evdar Kişilər Klubu” adlı qrupun həyata keçirdiyi xeyriyyə aksiyası nəticəsində bu gün Neftçalada içməli su qıtlığından əziyyət çəkən insanlara yardım göndərilib.

İctimai.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə qrupun üzvü Elmin Həmzə bildirib:

“Pandemiya dövründə bəlkə də ən möhtəşəm qruplardan biri və 1-cisi idi ki, bu qədər əziyyətin, yükün qarşısında insanları pozitivə köklədi, insanları evdə aqressivləşməyə, pessimizmə köklənməyə imkan vermədi. O qrupdan neçə nəfər faydalandı, 1 şəhid ailəsinin evi 0-dan təmir edildi, 100-lərlə imkansız ailənin ehtiyacı qarşılandı, neçə uşağa sevinc bəxş edildi…

Və bu gün yenidən kişilərimiz baş evdar Vəfadar Babayevlə birlikdə iş başındadır. Bu gün “Evdar Kişilər Klubu”  üzvlərinin təklifi və “Şirin Su” firmasının dəstəyi ilə Neftçalaya hədiyyələrimiz yola düşdü. 3 maşın, biri tır olmaqla, 4 min 5 litirlik qabda içməli su ilə..
Ümumi 20 ton – 2000 ailəyə 10 litrdən su paylanılacaq.
Bu cür işlər yazılmalı, deyilməli, danışılmalıdı”

İctimai.az