“#Evdəqal – inkişafından qalma” devizi altında distant elektron inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb – Fotolarbackend

09 iyun 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsində koronavirus (COVID-19) pandemiyanın yayılmasına qarşı tətbiq edilən karantin rejimi müddətində evdə qalan məktəblilərin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə 08-17 aprel 2020-ci il tarixlərində keçirilmiş “#Evdəqal – inkişafından qalma” devizi altında distant elektron inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, qaliblər gün ərzində fərqli saatlarda İdarəyə gələrək Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən diplom, medal və hədiyyələr ilə təltif edilmişlər.

Qaliblərin adlarını bir daha xatırlatmaq istərdik:

I yerin sahibləri

Qurbanov Mürsəl – Məktəb-Lisey Kompleksin şagirdi

Quliyeva Fidan – 82 saylı tam orta məktəbin şagirdi

Mirbağeri Nilufər – 193 saylı tam orta məktəbin şagirdi

Həsənzadə Ülviyyə – 34 saylı tam orta məktəbin şagirdi

II yerin sahibləri

Məmmədova Nərmin – Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdi

Bayramova Aysu – 34 saylı tam orta məktəbin şagirdi

Abuşov Ömər – 47 saylı tam orta məktəbin şagirdi

Qurbanova Nəzrin – 207 saylı tam orta məktəbin şagirdi

Dadaşova Zeynəb – 73 saylı tam orta məktəbin şagirdi

III yerin sahibləri

Abdullazadə Amin – 93 saylı tam orta məktəbin şagirdi

Nəcəfova Türkan – 45 saylı tam orta məktəbin şagirdi

Həsənzadə Ləman – 57 saylı tam orta məktəbin şagirdi

Mirzəyev Əli – 202 saylı tam orta məktəbin şagirdi

İctimai.az