Əziz Səncərdən inqilabi kəşfbackend

Türk əsilli ABŞ alimi, kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər “EdU” adlı molekulun sinir hüceyrələrinə zərər vermədən beyindəki şişlərin müalicəsində istifadə oluna biləcəyini göstərən araşdırmaya imza atıb.

Bu araşdırma müalicəsi çox çətin olan qlioblastoma adlı beyin şişi üçün mühüm ümid işığıdır.

Qlioblastoma adlanan beyin şişləri ən aqressiv şişlərdən biridir. Xəstənin, müalicəyə baxmayaraq, orta ömrü 15 aydır. Təxminən 100 min adamın 1-də görülərkən, bu nisbət son illərdə 100 mində 3,25-ə yüksəlib.

Əhalinin qocalması, havanın çirklənməsi, ağır metalların təsirinə məruz qalma və keçmişlə müqayisədə diaqnostik imkanların inkişafı bu baxımdan faktordur. Qlioblastoma olan xəstələrin yalnız beş faizi beş il sağ qalır. Avropa və Şimali Amerikada daha çox rast gəlinən xəstəliyə qadınlardan daha çox, kişilərdə rast gəlinir.

Xəstənin müalicəyə baxmayaraq ömrünün qısa olmasının səbəbi hal-hazırda istifadə edilən kimyaterapiya dərmanlarının beyində “qan-beyin baryeri” deyilən baryerdən keçə bilməməsi və təsir göstərə bilməməsidir.

Səncərin ixtirası ilə beyin xərçənginin “EdU” molekulundan istifadə edilərək neyronlara, yəni sinirlərə zərər vermədən öldürülə biləcəyi düşünülür.

Bunun səbəbi şişlərin DNT-ni sintez etdiyi halda, beyin hüceyrələrinin sintez etməməsidir. Beyin hüceyrələri DNT sintez etmədiyindən, yəni çoxalmadığından, “EdU” molekulunun hədəfində olmurlar.

Mənbə: NTV