Fariz Quliyev: “İlham Əliyevin yürütdüyü siyasət nəticəsində müdafiə sənayesi sahəsi sürətlə inkişaf edib”backend

Azərbaycanın tarixi inkişaf yoluna nəzər salsaq, son 16 ildə tamamilə yeni yaradılmış Azərbaycan görmüş olarıq. Prezident İlham Əliyevin son sərəncamlarına diqqət etsək, hər bir sərəncamın xüsusi dövlətçilik həssaslığı ilə və strateji düşüncə ilə imzalandığını birmənalı qaydada iddia etmək mümkündür. Ümumiyyətlə prezidentin islahatlar paketi xalqın həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənib. Sosial rifah dövlətinin qurulması cənab İlham Əliyevin yeni islahatlar kursunun strateji xəttini təşkil edir. Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində son 15 ildə Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artıb. Son dövrdə Azərbaycanda müdafiə sənayesi sahəsinin sürətlə inkişaf etdiyini görürük.

Hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir. Bütün bunların hamısı Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda dövlət başçısının təşəbbüsü ilə reallaşmaqda olan layihələr onu deməyə əsas verir ki, Prezident İlham Əliyev bundan sonra da Azərbaycanın inkişafı naminə müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirəcək. Ölkə başçısı hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Və bu danılmazdır ki, İlham Əliyev bu sevgini özü, gördüyü işi, apardığı ardıcıl siyasət və prinsipiallığı, milli maraqları, deməli, həm də xalqını qorumağı ilə qazanıb. Xalq Prezidentə yaxın olmaq, Dövlət başçısı ilə danışmaq, sevincli gündə də, kədərli tarixdə də onu yanlarında görmək istəyirlər.

 

Cənab İlham Əliyevin prezidentliyi dövründə həqiqətən ölkəmizdə müsbət dəyişikliklər baş verib. Bu dəyişikliklər hər birimizin gözü önündə reallaşıb. Dövlət başçısının 20 İyun 2019-cu il sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinə general-polkovnik Mədət Quliyevi təyin edilməsi bunun bariz nümunəsidir. Ölkə başçısı bu sahəyə də diqqət və qayğısını əsirgəmədi. Müdafiə sənayesinin inkişafı üçün ayrılan vəsait bu sahənin daha da inkişaf etdirilməsi üçün atılan addımların bir hissəsidir. Bu təyinatdan bəri nazirlikdə xeyli dəyişiklikləri görməmək mümkün deyil. Mədət Quliyev tərəfindən həyata keçirilən uğurlu islahatlar öz bəhrəsini verməkdədir. Respublikada yürüdülən iqtisadi strategiya əsasında həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının şaxələnməsində, xüsusilə, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında öz müsbət təsirini göstərir və nazirlik ildən-ilə uğurlarını artırır.

 

Ötən illərdə olduğu kimi, cari ildə də Müdafiə Sənayesi Nazirliyi tərəfindən qarşıya qoyulan vəzifələrin icrası təmin edilib. Belə ki, qısa müddət ərzində Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatları beynəlxalq sərgilərdə nümayiş etdirilməsi düzgün islahatların bəhrəsidir. General-polkovnik Mədət Quliyevin keçdiyi karyera yoluna və ötən il təyin olunduğu nazir vəzifəsinin strateji əhəmiyyətinə fikir verdikdə, əslində, onun dövlət rəhbərliyi tərəfindən etimad göstərilən azsaylı məmurlardan olduğu ortaya çıxır. Hazırda müdafiə sənayesinin inkişafı dövlətin diqqət mərkəzindədir. Ordu quruculuğu sahəsində sistemli və kompleks işlər görülməkdə davam edir.

 

Bir sözlə, Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.

Cənab prezident “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans zamanı çıxışında belə demişdi: “Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır”.

Fariz Quliyev
Yeni Azərbaycan Partiyasının gənc fəalı, Səbail rayon Badamdar qəsəbəsinin Bələdiyyə üzvü

İctimai.az