Fələstinin HƏMAS hərəkatı İsraildən razılaşmanın icrasına dair zəmanət aldıqdan sonra Qəzza zolağına nəzarəti dərhal texnokratlar komitəsinə verməyə hazır olduğunu bildirib.
Müvafiq bəyanat hərəkatın rəsmi Telegram kanalında yayılıb.
Sənəddə vurğulanır ki, HƏMAS müharibənin dayandırılması, İsrail qoşunlarının tamamilə çıxarılması və müstəqil Fələstin hökumətinin yaradılması ilə bağlı aydın öhdəliklər müqabilində bütün girovların azad edilməsi ilə bağlı danışıqlara başlamağa hazırdır. Hərəkat həmçinin regionda təcavüzə son qoymağa yönəlmiş istənilən təşəbbüslərə açıq olduğunu təsdiqləyib.
Həmas hərəkatı həmçinin Qəzza zolağında atəşkəslə bağlı danışıqları dərhal bərpa etməyə hazır olduğunu açıqlayıb.