Fədayə Laçın illər sonra ilk duetini onunla oxudu – VİDEObackend

Müğənni Fədayə Laçın Pərvin Səfərovla “Dostum” adlı mahnı ifa edib.

İctimai.az xəbər verir ki, duet ortaqlarının yeni mahnısı artıq yutubda təqdim olunub. Pərvin Səfərov hesab edir ki, bu klip onlara uğur gətirəcək:

“Fədayə xanımla Moskvada bir tədbirdə qarşılaşdıq, elə ordan yaxın dostluq münasibəti yarandı. Duet təklifi məndən oldu. Düşündüm ki, uzun illərdir Fədayə xanım həm yeni mahnı, həm də duet oxumayıb və bu duet dinləyicilərimiz üçün çox maraqlı olacaq. İllər sonra hər ikimizin ilk dueti oldu, artıq yutub kanalımda yayımlanıb və dinləyicilər tərəfindən çox maraqla qarşılanıb. Hətta bir gün ərzində trenddə 11-ci yerdədir.

Bizim səs rəngimiz bir-birinə yaxın olduğu üçün çox ifalarımız rahat alınır, biz hətta tədbirlərdə də canlı duetlər oxuyuruq Fədayə xanımla. Fədayə xanım çox mehriban, gözəl qəlbli bir xanımdır”.

Qeyd edək ki, mahnının söz və musiqisi Vüsal İbrahimova aiddir.