Fələstin prezidenti dövlətin BMT-yə keçdiyi yoldan danışıbbackend

Fələstin BMT-yə tamhüquqlu dövlət üzvlüyü əldə etmək istiqamətində fəaliyyətini davam etdirəcək.

Bu barədə Fələstin prezidenti Mahmud Abbas RİA Novosti ilə söhbətində bildirib.

“Biz təşkilata tamhüquqlu üzvlük əldə etmək məqsədi ilə BMT-də fəaliyyətimizi davam etdirəcəyik”, – deyə o vurğulayıb.

Abbasın sözlərinə görə, Fələstinin xarici siyasət strategiyasına dövlətin ərazisinin işğalına son qoyulması üçün səylərin davam etdirilməsi də daxildir.

Eyni zamanda, Fələstin Prezidenti qeyd edib ki, dövlət daha çox ölkədən tanınmağa çalışacaq.