Fələstin prezidenti HƏMAS hərəkatı ilə kəsilmiş əlaqə yaratmağı tapşırıb

Fələstinin rəhbəri Mahmud Abbas Fələstinin HƏMAS hərəkatı ilə kəsilmiş əlaqələrin bərpasına göstəriş verib. Bunu “Əl Ərəbiyyə” telekanalına müsahibəsində Fələstin Azadlıq Təşkilatının (FAT) icraiyyə komitəsinin üzvü Əzzam əl-Əhməd deyib.

Fələstinli siyasətçinin sözlərinə görə, Abbasın rəhbərliyi ilə Fələstin Təhlükəsizliyi Təşkilatı, HƏMAS-ın dialoqa hazır olduğuna dair siqnalları görüb.

“Prezident Mahmud Abbas məndən HƏMAS ilə əlaqə saxlamağı xahiş etdi. Bu axşam HƏMAS rəhbərliyi ilə zəng olacaq”, – deyə əl-Əhməd bildirib.

Mənbə: TASS

Oxşar xəbərlər