Fələstin Qəzza zolağı üçün “Marşal planı”na ehtiyac olduğunu bəyan edibbackend

Qəzza zolağının İsrailin hərəkətləri və ondan sonrakı humanitar böhran səbəbindən “Marşal Planı”na ehtiyacı var. Fələstinin WAFA xəbər agentliyi xəbər verir ki, bunu Fələstinin Müvəqqəti Hökumətinin Baş naziri Məhəmməd Ştayye ABŞ Konqresinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşü zamanı deyib.

“Qəzza zolağı İsrailin təcavüzü səbəbindən görünməmiş humanitar fəlakətlə üz-üzədir və onun təcavüz dayandırıldıqdan sonra yardım, yenidənqurma və iqtisadi bərpanı ehtiva edən “Marşal Planı”na ehtiyacı var”, – Ştayye senatorlarla söhbətində deyib.

O, ABŞ-ı atəşkəsi asanlaşdırmağa və humanitar yardımın anklava çatması üçün keçid məntəqələrinin açılmasına kömək etməyə çağırıb.

Mənbə: TASS