İsrail hakimiyyəti 19 ildir həbsdə olan fələstinli Əhməd Cuma Əbu Cəzarı cəzasını başa vurduqdan sonra azad edib.
Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, 19 ilini İsrail həbsxanalarında keçirən 38 yaşlı Əbu Cəzər sərbəst buraxıldıqdan sonra Beyt Hanun (Erez) Sərhəd Qapısı vasitəsilə Qəzza zolağına çatıb.
Xəbərdə Qəzza zolağında yüzlərlə fələstinlinin olduğu, onlarla insanın İsrail həbsxanalarında ömürlük həbsə məhkum edildiyi bildirilib.
İsrailin fələstinli Əbu Cəzərə qarşı irəli sürdüyü ittiham və 19 illik proseslə bağlı məlumat verilməyib.
Mənbə: TRT Haber
İctimai.az