Fərid Qayıbov Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovla görüşüb – Fotolarbackend

Oktyabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktor vəzifəsini müvəqqəti icra edən Ramtiq Alızadə ilə görüşüb.

Görüşdə Gənclər Fondunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyəti, həyata keçirilən layihələr, gənclər üçün təqdim edilən xidmətlər və planlaşdırılan işlər barədə məlumatlar təqdim edilib.

Gənclərin problemlərinin əsaslı həlli, beynəlxalq əməkdaşlıq, gənclər təşkilatlarının layihələrinin dəstəklənməsi, qurumlararası koordinasiya, məlumat mübadiləsi, birgə layihələrin hazırlanması, icrası və s. bu kimi məsələlər müzakirə edilib. Eyni zamanda qarşılıqlı məlumat mübadiləsi aparılıb.

F.Qayıbov görüş üçün təşəkkür edib və belə görüşlərin faydalı olduğunu bildirib.