Dördqat dünya çempionu alman Sebastyan Fettel karyerasını bərpa edə bilər.
Məlumata görə, britaniyalı ulduz Lyuis Hemiltonun “Mercedes”dən “Ferrari”yə keçidi Fetteli “Formula1”ə qaytara bilər.
Bildirilir ki, Sebastianın 2025-ci ildə “Mercedes” pilotlarından birinə çevrilməsi və bununla da ingilisi əvəz etməsi mümkündür.
Qeyd edək ki, Fettel 2022-ci ildə karyerasını “Ferrari” pilotu olaraq başa vurub.
Hemiltona gəlincə, 40 yaşlı pilot yeni komandasında Şarl Leklerlə tərəf müqabili olacaq və ilinə 100 milyon dollaradək qonorar alacaq.
Mənbə: championat.com