Fevralın 17-də havanın yağmursuz keçəcəyi gözlənilirbackend

Azərbaycanda fevralın 17-də havanın yağmursuz keçəcəyi gözlənilir.

İctimai.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, zaman-zaman tutulacağı, lakin əsas etibarilə yağıntısız keçəcəyi proqnozlaşdırılır. Axşam saatlarında və gecə yarımadanın bəzi hissələrində duman müşahidə edilə bilər. Gün ərzində əsən mülayim cənub-qərb küləyinin axşama doğru şimal-qərb küləyinə keçəcəyi ehtimal edilir.

Temperaturun gecə saatlarında 4-8° isti, gündüz isə 15-19° isti arasında dəyişəcəyi gözlənilir. Atmosfer təzyiqində azalma müşahidə olunacaq və göstərici 758 mm civə sütunundan 753 mm civə sütununa düşəcək. Nisbi rütubətin 70-80 faiz təşkil edəcəyi bildirilir.

Azərbaycanın bölgələrində də hava şəraitinin əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Gecə və səhər saatlarında bəzi dağlıq, eləcə də dağətəyi ərazilərdə duman olacağı proqnozlaşdırılır. Bəzi məkanlarda qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperatur göstəriciləri rayonlarda gecə 5-10° isti, gündüz 19-23° isti təşkil edəcək. Dağlıq ərazilərdə isə gecə 3-8° isti, gündüz vaxtı 13-18° isti olacağı proqnozlaşdırılır.