Milli Məclisin sabiq deputatı, Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı vəfat edib.
Bu barədə Oxu.Az-a mərhumun yaxınları məlumat veriblər.
Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Qeyd edək ki, F.Ağamalı Milli Məclisin II, III, IV, V və VI çağırış deputatı olub.














