FHN Cəbrayılda 3 milyona yeni inzibati bina tikdirirbackend

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisini həyata keçirəcək şirkət müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, tikinti işlərinin icrasını “Azəri Biznes” şirkəti həyata keçirmək istəyir.

Şirkət tikinti işləri üçün nazirliyə 3,2 milyon manat ödəniş etməsini təklif edib.
Hazırda təklif razılaşma mərhələsindədir, yaxın günlərdə müqavilə bağlanacağı və tikinti işlərinə başlanılacağı gözlənilir.