Beynəlxalq Futbol Federasiyası (FİFA) rəsmi saytında 2026-cı il dünya çempionatının loqosunu təqdim edib.
O, 26 rəqəminin konturunun müxtəlif rənglərdə dəfələrlə təkrarlanması ilə formalaşan naxış fonunda dünya çempionatını təsvir edir.
Yaxın vaxtlarda qarşıdan gələn dünya çempionatının oyunlarına ev sahibliyi edəcək 16 şəhərin loqosu təqdim olunacaq.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı Şimali Amerikada keçiriləcək. Turnir ABŞ, Kanada və Meksikada keçiriləcək.
Qarşıdan gələn dünya çempionatı 48 ölkənin mübarizə aparacağı ilk dünya çempionatı olacaq.