FİFA agenti RPL-də çıxış edən əcnəbi futbolçuların səviyyəsini dəyərləndirib

FİFA agenti Roman Oreşçuk bəyan edib ki, Rusiya Premyer Liqasında (RPL) çıxış edən əcnəbi futbolçuların səviyyəsi xeyli aşağı düşüb.

“Əslində indi biz aşağı səviyyəli əcnəbiləri dəvət edirik. Keyfiyyətli Avropa komandasından heç olmasa bir əcnəbi futbolçu götürmüşük? Son iki transfer pəncərəsində bir dənə belə olmayıb”, – Oreşçuk bildirib.

2022-ci ilin yazında FİFA və UEFA Rusiya millisinin, eləcə də bütün Rusiya klublarının bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakını dayandırmaq qərarına gəlib. Bundan sonra komandalar yalnız yoldaşlıq oyunları keçirdi.

Mənbə: TRT Sport

Oxşar xəbərlər