Beynəlxalq Futbol Federasiyası (FİFA) 64 komandanın iştirak edəcəyi 2030-cu il dünya çempionatına ev sahibliyi etməkdə maraqlıdır.
Bu halda turnir hər birində dörd komandadan ibarət 16 qrupda keçiriləcək. Hər qrupdan ilk iki yeri tutan komanda pley-off mərhələsinə yüksələcək.
Oyunların İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçiriləcəyi bildirilir. Üç qrup tamamilə Cənubi Amerikada oynanılacaq.