FİFA İsrail Futbol Assosiasiyasına qarşı sanksiyalar tətbiq edibbackend

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) İntizam Komitəsi İsrail Futbol Assosiasiyasına (IFA) ayrı-seçkilik və təhqiramiz davranışla bağlı pozuntulara görə cəzalar tətbiq edib. Bu barədə FIFA-nın saytında məlumat verilib.

FIFA IFA-nın beynəlxalq yarışlarda iştirakını dayandırmayıb, lakin 150.000 İsveçrə frankı (təxminən 165.000 avro) məbləğində cərimə tətbiq edib. Səbəb ayrı-seçkiliyə qarşı öhdəliklərin “ciddi və təkrarlanan pozulması” olub. İddialar Fələstin Futbol Assosiasiyasının (FFA) nümayəndələri tərəfindən irəli sürüldükdən sonra araşdırılıb.