Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Argentina millisinin hücumçusu Lionel Messinin 2034-cü il dünya çempionatında oynamasını gözlədiyini bildirib.
“Mən Messinin 2026-cı il dünya çempionatında oynayacağını gözləyirəmmi? Növbəti çempionatda da, 2030-cu ildə də, 2034-cü ildə də. Onun istəyi ilə”, – İnfantino bildirib.
Messi iki il Fransanın PSJ klubunda oynadıqdan sonra 2023-cü ilin yayında İnter Mayamiyə keçdi. Avqustun 20-də argentinalı Amerikada ilk kuboku – Liqa Kubokunu qazandı. “İnter Mayami”də keçirdiyi 14 oyundan sonra Messi 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Hazırda MLS-də mövsüm başlamazdan əvvəl fasilə var.
Mənbə: NTV Spor











