FIFA prezidenti Makronu ziyarət etdibackend

RMC Sport xəbər verir ki, FİFA prezidenti Canni İnfantino Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Tədbir Parisdə baş tutub. Söhbət zamanı İnfantino futbolun bəşəriyyəti birləşdirmək üçün unikal gücünə malik olduğunu bildirib.

İnfantino qarşıdan gələn Dünya Kuboku haqqında danışarkən deyib: “Bu, bütün dünyanı sevinc anlarında birləşdirmək üçün mükəmməl fürsətdir”.