Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino qadınlar arasında dünya çempionatının yayım hüquqlarını almaq üçün ölkələrin aşağı qiymətə təkliflər verməsindən şikayətlənib.
“Təkliflər ədalətsiz olmağa davam edərsə, biz Avropanın “Böyük beşliyi” ölkələrində qadınlar arasında dünya çempionatını yayımlamamaq məcburiyyətində qalacağıq.
Mən bütün dünya üzrə bütün oyunçuları, azarkeşləri, futbol rəsmilərini, siyasətçiləri və jurnalistləri qadın futbolunun ədalətli mükafatlandırılması üçün bu çağırışı dəstəkləməkdə bizə qoşulmağa çağırıram. Qadınlar buna layiqdirlər”, BBC İnfantinonun sözlərini yazıb.

