Fiko Ukraynanın NATO-ya daxil olmasını üçüncü dünya müharibəsi üçün əsas adlandırıbbackend

Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulması üçüncü dünya müharibəsinə səbəb ola bilər.

Bunu RİA Novosti agentliyinə istinadən Slovakiyanın baş naziri Robert Fiko deyib.

Onun hökumətinə etimadsızlıq məsələsinin müzakirə olunduğu parlament iclasında o, “Ukraynanın NATO-ya daxil olması üçüncü dünya müharibəsinin başlaması üçün əsas yaradır” deyib.

Fiko qeyd edib ki, Slovakiya hakimiyyəti Ukraynada münaqişənin başa çatmasından sonra yaranacaq nəticələrə hazır olmalıdır. O vurğulayıb ki, Avropa ilə Rusiya arasında yeni “dəmir pərdə”nin yaranması qəbuledilməzdir və onun hökuməti bundan sonra da bütün sahələrdə suveren xarici siyasət yürütmək niyyətindədir.