Fiko Zelenskinin Macarıstan Baş nazirinə qarşı təhdidlərinə münasibət bildiribbackend

Ukrayna Prezidenti Vladimir Zelenski Macarıstan Baş naziri Viktor Orbana qarşı təhdidləri ilə qırmızı xətləri keçdi.

Slovakiyanın Baş naziri Robert Fiko bu barədə öz Facebook səhifəsində məlumat verib.

O, Avropa Komissiyasının sədri Ursula fon der Leyenə, Avropa Şurasının sədri António Costaya və Avropa Birliyi diplomatiya rəhbəri Kaja Kallasaya müraciət edərək, onlardan Vladimir Zelenskinin “bu iyrənc, şantaj xarakterli” açıqlamalarından uzaq durmalarını xahiş edib.