Filippin dövlət qurumları dörd günlük iş həftəsinə keçirbackend

Bloomberg agentliyi Prezident Ferdinand Markosa istinadən xəbər verir ki, Filippin Yaxın Şərqdəki gərginlik fonunda enerjiyə qənaət etmək üçün iş həftəsini dörd günə endirəcək.

Prezident bildirib ki, “Qısaldılmış iş həftəsi müvəqqəti olacaq və təcili yardım xidmətləri göstərənlərə, o cümlədən polis, yanğınsöndürənlər və əhaliyə birbaşa dəstək verən digər qurumlara təsir göstərməyəcək”.

Nəşr qeyd edir ki, Yaxın Şərqdəki münaqişə qlobal yanacaq qiymətlərinin artmasına səbəb olur və Filippini enerji istehlakını azaltmağa məcbur edir.

Məsələn, dövlət qurumları elektrik enerjisi istehlakını və yanacaq xərclərini 10-20% azaltmalıdırlar.