Finlandiya Almaniya ilə dənizaltı rabitə kabelində qırılma olduğunu bildirdibackend

Baltik dənizinin dibi ilə “Şimal axını” qaz kəməri ilə uzanan və Finlandiya ilə Almaniyanı birləşdirən C-Lion1 telekommunikasiya kabeli qırılıb.

Bu barədə “İlta-Sanomat” qəzeti məlumat yayıb.

Məqalədə qeyd olunur ki, nasazlıq nəticəsində dəniz kabeli ilə keçən rabitə əlaqəsi kəsilib.

Finlandiyanın dövlət telekommunikasiya infrastrukturu operatoru Cinia kabelin qırıldığını, lakin hadisənin səbəbinin məlum olmadığını bildirib. Şirkətdən bildirilib ki, mütəxəssislər tezliklə təmir işlərinə başlayacaqlar, bu da 5-15 gün çəkə bilər.