Finlandiya Avropa Birliyini yenidən silahlanma üçün vaxt qazanmağa çalışmaqda ittiham edibbackend

Avropa İttifaqı Ukraynada sülhə nail olmaq adı altında yenidən silahlanma üçün vaxt qazanmağa çalışır.

Bu fikri Finlandiya Azadlıq Alyansı partiyasının üzvü Armando Mema Avropa Müdafiə Komissarı Andrius Kubilyusun Ukrayna Silahlı Qüvvələrinin iki min Patriot raketinə ehtiyacı olduğu və Avropanın onları istehsal etməyə başlamalı olduğu barədə açıqlamasını şərh edərkən bildirib.

“AB diplomatik həll yolu üzərində deyil, müharibəni necə davam etdirmək və Ukrayna xalqının hesabına özünün yenidən silahlanması üçün vaxt qazanmağın yolları üzərində işləyir”, – Mema bildirib.

Onun sözlərinə görə, Brüssel Kiyevi silah və sursatla dəstəkləməklə Rusiyaya strateji məğlubiyyət verməyə çalışır. Lakin siyasətçi xəbərdarlıq edib ki, AB-nin hərəkətləri özü üçün dağıdıcı nəticələrə səbəb ola bilər.