Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə mümkün dialoqun bərpa olunacağını elan etdikdən sonra çətin vəziyyətdə qalıb. Bu barədə Finlandiyanın Azadlıq Alyansı partiyasının üzvü Armando Mema özünün X platforma hesabında yazıb.
Bundan sonra “İstəyənlər Koalisiyası” Makronu yenidən qarşılayacaqmı? “Maraqlı hadisə”, – siyasətçi qeyd edib.
Dekabrın 19-da Fransa lideri bəyan edib ki, Rusiya prezidenti ilə dialoqu bərpa etmək Avropa üçün faydalı ola bilər. Bununla belə, Makron hesab edir ki, bu cür təmaslar koordinasiyalı və tam şəffaf olmalıdır. Vəziyyəti şərh edən Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vladimir Putin fransalı həmkarı ilə dialoqa hazırdır.














