Finlandiyanın hakim koalisiyası və müxalifət parlament partiyaları dövlətin nüvə silahları siyasəti ilə bağlı bəyanat vermək niyyətindədirlər.
Yle-nin məlumatına görə, bu barədə müdafiə naziri Antti Häkkänen məlumat verib.
“Görünür, hamı Finlandiyada nüvə silahlarının yerləşdirilməyəcəyi ilə razılaşır. Biz bu məsələdə mütləq ortaq məxrəc tapa biləcəyik”, – deyə o bildirib.















