Finlandiya rəhbəri Alexander Stubb Ukrayna münaqişəsi ilə bağlı Moskva ilə siyasi dialoqun tamamilə olmadığını açıqlayıb.
Bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.
Stubbın sözlərinə görə, hazırda Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya ilə heç bir siyasi dialoq yoxdur. Eyni zamanda, Finlandiya prezidenti belə bir dialoqun aparılmasının indi qətiyyən qeyri-mümkün olduğu qənaətindədir, çünki sülhə aparan yeganə yol döyüş meydanındadır.
Eyni zamanda, o, sülhün birtərəfli qaydada əldə edilə bilməyəcəyinə işarə edib.
Bundan əvvəl Finlandiya prezidenti Alexander Stubb hökumətin Rusiya ilə sərhəddəki avtomobil keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlamaq qərarını dəstəkləyib.
Mənbə: CNN türk