Finlandiya prezidenti Alexander Stubb Buitenhof proqramında danışarkən bildirib ki, Ukrayna sülh danışıqlarında kritik an gəlib çatıb, çünki razılaşma həmişəkindən daha yaxındır.
“Düşünürəm ki, biz sülh danışıqlarının kritik məqamındayıq və eyni zamanda, yəqin ki, son dörd ildə heç vaxt olmadığı qədər sülh sazişinə daha yaxınıq”, – Stubb bildirib.
Siyasətçi xatırladıb ki, ABŞ, Avropa və Ukrayna üç sənəd üzərində işləyir. Birincisi 20 bəndlik çərçivə sənədidir; ikincisi Kiyev üçün təhlükəsizlik təminatlarından bəhs edir; üçüncüsü isə respublikanın bərpasından bəhs edir.














