Finlandiya prezidenti Alexander Stubb yazın sonuna qədər Ukraynadakı münaqişə ilə bağlı sülh razılaşmalarının əldə edilməsinin mümkün olmayacağı fikrini bildirib.
Onun sözlərini Kanadanın CBC telekanalı sitat gətirib.
“Mən indi kifayət qədər pessimistəm ki, yayın sonuna qədər atəşkəs əldə olunacaq.
Stubb qeyd edib ki, Vatikanda ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında görüş onu ruhlandırıb. Finlandiya prezidenti həmçinin qeyd edib ki, hər şey “hamının münaqişəyə son qoymağın vaxtının gəldiyini anlayacağı ana doğru” gedir.