Finlandiya prezidenti Ukraynanın təhlükəsizliyinin əsas qarantının adını açıqlayıbbackend

Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, Ukraynanın təhlükəsizliyinin əsas təminatçısı Ukraynanın özüdür. Onun sözlərini Fox News sitat gətirir.

O, müsahibəsində Avropa liderləri və Vladimir Zelenskinin Ağ Evdə Donald Trampla görüşünün təfərrüatlarını açıqlayıb. Stubb qeyd edib ki, tədbirin əsas nəticələrindən biri Kiyev üçün təhlükəsizlik zəmanətlərinin detallarının işlənib hazırlanmasına başlanması olub.

“Başlanğıc nöqtəsi isə çox sadədir. Ukrayna üçün təhlükəsizliyin bir nömrəli təminatçısı Ukraynanın özüdür. O, dünyanın ən müasir və ən böyük ordularından birinə malikdir”.