Finlandiya prezidenti Alexander Stubb Ukrayna lideri Vladimir Zelenski ilə ölkəyə yardımı müzakirə edib.
Finlandiya prezidenti bu barədə X sosial şəbəkəsində yazıb.
“Biz Finlandiyanın Ukraynaya dəstəyini, eləcə də davamlı və ədalətli həll yolu tapmaq üçün mümkün addımları müzakirə etdik”, – deyə məlumatda bildirilir.