Finlandiya Avropa İttifaqının rusiyalı turistlərin Rusiyada qeydiyyatda olan avtomobillərlə ölkəyə girişinə qadağa qoyulmasını tövsiyə edən sənədinə əməl etməyib.
Bu barədə YLE ictimai yayım korporasiyası Finlandiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Xarici İşlər Nazirliyinin sanksiyalar departamentinin rəhbəri Pia Sarivaara Yle-yə bildirib ki, KİV-də Rusiya dövlət nömrə nişanlı avtomobillərin Finlandiyaya daxil ola bilməyəcəyi və ya müsadirə ediləcəyi ilə bağlı səs-küylü başlıqlar həqiqətə uyğun deyil.
“Rusiya nömrəli avtomobillər Finlandiyaya hələ də daxil ola bilər. Başqa bir qərar verilsə, əvvəlcədən elan edəcəyik”, – deyə o vurğulayıb.
Mənbə: TASS

