Finlandiya Rusiya sərhədinə yaxın hasar çəkdiyini açıqlayıbbackend

Finlandiya Rusiya sərhədindən bir metr kənarda hasar çəkir, hər 20 metrdən bir kamera quraşdırılıb.

Bu barədə Finlandiya Sərhəd Mühafizəsinə istinadən Yle məlumat yayıb.

Nəşr bildirir ki, struktur Rusiya ilə sərhədin təxminən bir metrliyində tikilir. Onun hündürlüyü təxminən 4,5 metr olacaq. Hasarın üzərində hər 20 metrdən bir müşahidə kameraları quraşdırılaraq şərq sərhədinin daimi müşahidəsi təmin edilir. Mütəxəssislər tikintinin demək olar ki, başa çatdığını bildiriblər.

“Qəbul mərasimi dekabrın 9-da Sallada baş tutacaq, ondan sonra kiçik təmir işləri aparıla bilər”, – nəşrdə qeyd edilir.