Finlandiya xarici işlər naziri Elina Valtonen bildirib ki, Rusiya Avropa İttifaqı (Aİ) üçün xroniki təhlükədir. O, X sosial media hesabında müvafiq mesaj paylaşıb.
Diplomat Finlandiyaya səfər edən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallası salamlamaqdan məmnun olduğunu bildirib.
Valtonen deyib: “Biz Avropanın Rusiyanın təhlükəsizliyimizə uzun müddətdir yaratdığı təhlükəyə qarşı necə birləşməli olduğunu müzakirə etdik”.















