Finlandiya Rusiyanın hərbi yoxlamalar haqqında sazişdən çıxmasına reaksiya veribbackend

Finlandiya generalı Sami Nurmi Helsingin Sanomat ilə söhbətində Rusiyanın Finlandiya ilə hərbi yoxlamaların aparılmasına dair sazişdən çıxması dövlətlər arasında etimad səviyyəsinə mənfi təsir göstərəcəyini bildirib.

Bundan əvvəl Finlandiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Rusiya əlavə hərbi yoxlamaların aparılması ilə bağlı müqavilənin ləğvi barədə ölkəni xəbərdar edib.

Nurmi qeyd edib ki, müqavilə böyük əhəmiyyət kəsb edir, etimad bu müqaviləyə əsaslanır.

“Beləliklə, ölkələr göstərmək istəyirdilər ki, hər şey razılaşma yolu ilə baş verir”, – deyə general bildirib.

Onun sözlərinə görə, hərbçilərlə rəsmilər arasında şəxsi görüşlərin öz dəyəri var. “Görüşdən sonra telefon danışıqları aparmaq daha asandır” deyə Nurmi bildirib.

Mənbə: Lenta.ru