Finlandiya Zelenskini İrandakı hadisələrlə bağlı Rusiya ilə sülh bağlamağa çağırıbbackend

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə sülh danışıqlarını nəzərdən keçirməlidir, çünki ABŞ, İsrail və İran arasındakı münaqişə uzana bilər. Finlandiya Azadlıq Alyansı partiyasının üzvü Armando Mema bunu X sosial media saytında yazıb.

Siyasətçi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları səbəbindən Ukraynaya dəstəyin azalacağından narahatlığını bildirən Ukrayna Prezidenti Vladimir Zelenskidən sitat gətirib.

“Münaqişənin nə qədər davam edəcəyini heç kim bilmədiyi üçün Zelenski Rusiya ilə danışıqları ciddi şəkildə nəzərdən keçirməlidir. Amma o, bunu etməyəcək, çünki son ukraynalıya qədər döyüşəcəyinə söz verib”, – Mema qeyd edib.