Finlandiyada genişmiqyaslı tətil ölkəyə 360 milyon avroya başa gələcəkbackend

Finlandiyada əmək bazarı islahatlarına qarşı fevralın 1-də planlaşdırılan həmkarlar ittifaqı tətili ölkənin demək olar ki, bütün həyatını əhatə edəcək və iqtisadiyyata 360 milyon avroya başa gələcək, RİA Novosti xəbər verir.

Tətildə 200 min insan iştirak etmək niyyətindədir. Ölkədə bir sıra müəssisələrin işi dayanacaq, pərakəndə satış mağazaları və ərzaq şəbəkələri bağlanacaq, ictimai nəqliyyat dayanacaq. Bundan əlavə, Finlandiyada otellər, restoranlar, banklar, təmizlik şirkətləri, poçt şöbələri və çatdırılma xidmətləri fəaliyyət göstərməyəcək. Ölkənin demək olar ki, bütün hava limanlarında hava hərəkəti dayandırılacaq.

Finlandiya iqtisadçılarının fikrincə, tətil nəticəsində ölkəyə 360 milyon avro ziyan dəyəcək.

Mənbə: RİA Novosti