Finlandiyada sənaye müəssisələrində işçilər tətilə başlayıblar.
Bu barədə Finlandiyanın Yle nəşri məlumat yayıb.
Məqalədə deyilir: “Bir neçə həmkarlar ittifaqı etiraz aksiyalarının başlandığını elan edib, onların məqsədi Sənaye İttifaqı və işəgötürənlər tərəfindən iş şəraiti ilə bağlı aparılan danışıqlarda məqbul nəticə əldə etməkdir”, – məqalədə deyilir.
Nəşrin məlumatına görə, etiraz dalğası altı gün davam edəcək. Tətilçilər növbəti iki il ərzində maaşlarının 10% artırılmasını istəyirlər. İşçilərin narazılığına səbəb işəgötürənlərin Mərkəzi Həmkarlar İttifaqı Assosiasiyasının əmək haqlarının artırılması ilə bağlı müraciətini təmin etməkdən imtina etməsi olub.
Qeyd olunur ki, etiraz aksiyaları UPM, Metso, Nokia, Orion və digərləri də daxil olmaqla yüzdən çox iri müəssisəni əhatə edəcək. Məqalə müəllifi vurğulayır ki, tətillər əhalinin həyatına təsir edəcək, çünki malların çatdırılması və hava nəqliyyatı pozulacaq.