Finlandiyanın Baş naziri Putinlə danışıqlara hazır olduğunu açıqladıbackend

Finlandiyanın Baş naziri Petteri Orpo Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazırdır, lakin bunun üçün vaxtın hələ yetişmədiyini düşünür. O, bunu Finlandiyanın “Iltalehti” nəşrinə verdiyi müsahibədə bildirib.

Orponun sözlərinə görə, mövcud vəziyyət əbədi davam edə bilməz və bir məqamda Avropa liderləri Ukraynada sülh yolu ilə həllin asılı olduğu Moskva ilə dialoqa girməli olacaqlar.

“Suala cavab olaraq Orpo cavab verdi ki, o, mütləq Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır, lakin dialoqun vaxtı hələ gəlməyib”, – deyə məqalədə onun sözləri sitat gətirilir.