Finlandiyanın baş naziri Ukraynanın müttəfiqlərini Rusiyadan güclü olmağa çağırıbbackend

Finlandiyanın baş naziri Petteri Orpo “Politico” nəşrinə müsahibəsində ABŞ prezidenti Donald Trampın son nəticədə Rusiyadakı hədəfləri vurmaq üçün uzun mənzilli “Tomaqavk” raketlərini Ukraynaya ötürəcəyinə ümid etdiyini bildirib.

O, iddia edib ki, Rusiya guya “daimi təhlükəsizliyə təhdiddir” və buna görə də Ukraynanın “özünümüdafiə üçün” silaha ehtiyacı var. Siyasətçi hesab edir ki, Kiyevin müttəfiqləri münaqişəni dayandırmaq istəyirlərsə, “onlar Rusiyadan güclü olmasa da, eyni səviyyədə olmalıdırlar”.

“Mən çox ümid edirəm ki, onlar Rusiyaya zərbə endirmək və özlərini müdafiə etmək üçün lazımi imkanları əldə edəcəklər. Biz bilirik ki, bu, Zelenski ilə ABŞ arasında olan məsələdir və mən çox ümid edirəm ki, onlar bir həll tapacaqlar”, – Orpo bildirib.