Finlandiyanın şərq sərhədindəki hasar turistik məkana çevrilib

Yle xəbər verir ki, turistlər Rusiya Federasiyası ilə sərhəddə hasara baxmaq üçün fəal şəkildə Finlandiyaya səfər edirlər.

Nəşrin məlumatına görə, səyahətçilər “21-ci əsrin sərhədini görmək üçün” gəlir və selfi çəkdirir, tez-tez məhdudlaşdırılan sərhəd zonasına daxil olurlar. Ötən ilin yayında 50-yə yaxın belə qanun pozuntusu qeydə alınıb.

Finlandiya qanunvericiliyinə görə, belə bir hərəkət sərhəd nəzarəti zonasında kiçik pozuntu hesab edilir və 100-300 avro cərimə ilə cəzalandırılır.

Keçən yay bildirildi ki, rusiyalı turistlərin olmaması Şərqi Finlandiyada turizm sənayesinin davamlılığını təhdid edir, yerli bizneslər rusların ölkəyə girişinə qoyulan qadağadan sonra çətin vəziyyətə düşüblər.

Oxşar xəbərlər