Fiqurlu konkisürən Yaqudin Almaniyada əməliyyat olunacaqbackend

Fiqurlu konkisürmə üzrə SSRİ-nin əməkdar məşqçisi Tatyana Tarasova Aleksey Yaqudinin dizindəki problemlərdən danışıb. Onun sözlərini RİA Novosti yayıb.

“Aleksey əməliyyat olunacaq, dizində problem var. Eşitdiyimə görə əməliyyat Almaniyada olacaq. Ümid edirəm ki, yaxşı olacaq”, – Tarasova bildirib.

Yaqudin tək konkisürmə üzrə 2002-ci il Olimpiya çempionu, həmçinin dəfələrlə dünya və Avropa çempionudur. O, ABŞ Fiqurlu Konkisürmə Şöhrət Zalına daxil edilib. Karyerasını bitirdikdən sonra Yaqudin Kanadanın “Stars on Ice” şousunda iştirak edib.

Mənbə: RİA Novosti