Fizaka şounun yeni ‘’Nevroz’’ adlı solo konserti baş tutacaqbackend

Mart ayın 15-i Opera studiosunda Fizaka şounun yeni ‘’Nevroz’’ adlı solo konserti baş tutacaq.

Müstəqil şəkildə fəaliyyət göstərən 2019-cu ilin KVN çempionları artıq Opera studiosunda 2-ci konserti verməyə hazırlaşır. Fizakanın bədii rəhbəri və prodüseri Səttar Qulamov bildirib ki Fizakanın öz formatı var və bu format ilə seçilmək, daha çox kütləvilik qazanmaq bizim qarşıya qoyulmuş əsas hədəflərdən biridir..Nevroz adlı solo konsertdə yeni zarafatlar habelə maraqlı parodiyalar musiqi nömrələri və səhnəciklər olacaq. Konsert üçün artıq hazırlıqlar başlanılıb. Biletlər satışdadır. Bununla yanaşı Fizaka bu il ‘’Gülüş Liqası’’nda mübarizə aparacaq və əsas məqsəd keçən il KVN də qazandığı çempionluq kimi bu liqada da 2020-ci ili qalib başa vurmaqdır.

İctimai.az