Florida sakini Aimee Harris ölkə prezidenti Co Baydenin qızı Eşlinin şəxsi gündəliyini oğurladığı üçün ABŞ məhkəməsi tərəfindən həbs cəzasına məhkum edilib. RİA Novosti bu barədə Nyu-Yorkun Cənub Dairəsinin Prokurorluğuna istinadən xəbər verir.
“Floridalı bir qadın Eşli Baydenin gündəliyini oğurladığına görə bir ay həbs cəzasına məhkum edilib”, – məlumatda deyilir.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki qərargahının nümayəndələrinin 2020-ci il prezident seçkiləri ərəfəsində Eşli Baydenin şəxsi gündəliyini almaqdan imtina etdiyi bildirilirdi.
Mənbə: RİA Novosti